EN

Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu 

Ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ufa şəhərində yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, PUA-ların obyektə zərbələri nəticəsində irimiqyaslı yanğın baş verib. Şəhərdə hava limanı bağlanıb, internet kəsintisi qeydə alınıb.

Hücumla bağlı Rusiyadan hər hansı rəsmi açıqlama verilməyib.

Chosen
67
1
bakivaxti.az

2Sources