Avtomobili idarə etməsə də, adına cərimələr gəlir. Hətta cərimə məbləği o qədər çox olub ki, sürücülük hüququ da məhdudlaşdırılıb.
Belə bir vəziyyətlə paytaxt sakini Tural Rüsətmov üzləşib. ''Xəzər Xəbər''ə müraciət edən şəxs deyir ki, bir müddət əvvəl lizinq yolu ilə avtomobil alıb və elə lizinq şirkətinin vasitəsilə icarə əsasında Faiq adlı şəxsə verib. Avtomobili bir gün belə idarə etməyən Tural Rüstəmova o gündən durmadan cərimələr gəlir. Hətta, cərimə məbləği 9 min manatdan çoxdur.
Tural RüstÉ™mov deyir ki, avtomobil Faiq AbbasÉ™liyevÉ™ yol vÉ™rÉ™qÉ™si ilÉ™ verilsÉ™ dÉ™, bu, yol polisinin sistemindÉ™ görünmür. Bu sÉ™bÉ™bdÉ™n dÉ™ onun törÉ™tdiyi inzibnati xÉ™taların cÉ™rimÉ™ mÉ™bləği mülkiyyÉ™tçi olduÄŸundan onun adına gÉ™lir.Â
Burada sual yaranır ki, avtomobil əgər yol vərəqəsi ilə başqasına sürmək üçün verilibsə, cərimələr niyə onun adına vurulmayıb?
Məsələ ilə bağlı ''Azərmaş Lizinq'' MMC-dən bildirdilər ki, bu işdən xəbərdardılar və bununla bağlı aidiyyəti qurumla birlikdə araşdırma aparırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.