Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırov böyük qızı Ayşat Kadırovanın siyasətdən getməsini dəstəkləyib. Onun sözlərinə görə, “bu, tam olaraq qadın işi deyil”.
Ölkə.Az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, Kadırov bunu müsahibəsində bildirib.
Çeçenistan rəhbərinin sözlərinə görə, qızı hökumət sədrinin müavini vəzifəsindən öz istəyilə ayrılıb və o buna razılıq verib.
“Hazırda o, yalnız moda ilə məşğul olmur. Başqa biznes layihələri də var və onların öhdəsindən uğurla gəlir. Yeri gəlmişkən, siyasətdən təkcə Ayşat deyil, daha iki qızım da gedib”, — deyə Kadırov əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.