Misli Premyer Liqasında 4-cü turun qarşılaşmaları davam edir.

Offsideplus.az xəbər verir ki, ilk 3 turda 2 qələbə qazanan "Turan Tovuz" "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib. Bu qarşılaşmadan Tovuz təmsilçisi 1:0 hesablı qələbə ilə ayrılıb.

Tovuz təmsilçisi 9 xalla 2-ci yerdədir, "qırmızı-qaralar"ın isə 1 xalı var və 11-ci yeri tuturlar.


Misli Premyer Liqası, 4-cü tur

13 sentyabr (şənbə)

19:00. “Turan Tovuz” – “Qəbələ” 1:0 

Qol: Aleks Souza, 55.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

“Azersun Arena”