Tanınmış bloger Hüseyn Həsənov Heydər məscidində olub.
Bu barədə bloger sosial media hesabında paylaşım edib. O, məsciddə dua etdiyi anları izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bir müddətdir Bakıda olan Hüseynin başından problem əskik olmur. Bir neçə gün əvvəl psixi xəstəliklərdən əziyyət çəkən qadın Hüseynin evinə gələrək bıçaqla ona hücum edib. Həmin şəxs polis tərəfindən saxlanılıb və müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Hüseyn Bakıda getdiyi idman zalına da buraxılmayıb. Buna səbəb kimi blogerin idman zalında qızıl qulaqlıq taxaraq gəlməsi və cangüdəninin əzələlərini nümayiş etdirməsi göstərilib. Bloger bildirib ki, onun abunəlik pulunu da geri qaytarmayıblar. (Axşam.az)