1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Superliqasında V turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion "Qalatasaray" bu həftə "Eyüpspor"la səfər matçında üz-üzə gəlib.
Oyunda hesab yalnız 73-cü dəqiqədə açılıb. İkardi dəqiq zərbə ilə komandasını sevindirib. 89-cu dəqiqədə Yunus Akgün yekun hesabı müəyyənləşdirib - 0:2.
Hazırda "cim-bom" 5 oyunda 5 qələbə ilə yarış cədvəlinin vahid lideridir. Okan Burukun yetirmələri 15 xal toplayıblar. "Eyüpspor" isə 4 xalla 10-cudur.