EN

İskəndər raketləri Belarus Polşa sərhədində: nə baş verir? VİDEO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Belarusun Polşa ilə sərhəd bölgəsində Rusiyaya məxsus “İskəndər” operativ-taktiki raket kompleksləri (OTRK) müşahidə edilib. Kadrlarda magistral yol boyunca yerləşdirilən raket qurğularını görmək mümkündür.

Globalinfo.az xəbər verir ki, sözügedən video “Condottiero” adlı teleqram kanalında dərc olunub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi “Qərb-2025” adlı birgə Rusiya-Belarus strateji təlimlərinə start verildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabr ayında Estoniya və Litva da Rusiyanın və Belarusun hərbi təlimləri ilə əlaqədar öz hava məkanlarını qismən bağlamışdı.

Qeyd edək ki, yanvar ayında Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “SB. Belarus bu gün” nəşrinə müsahibəsində bildirmişdi ki, Minsk “İskander-M” raket kompleksi, taktiki nüvə silahı və “Oreşnik” raket sistemi sayəsində istənilən potensial düşmənə bərpaolunmaz zərbə endirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
globalinfo.az

1Sources