EN

Yenə Avropada çıxış edəcək

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gilyermo Oçoanın yeni klubu müəyyənləşib. Tanınmış meksikalı qapıçı bundan sonra da Avropada çıxış edəcək.40 yaşlı futbolçu karyerasını Cənubi Kiprdə davam etdirəcək. O, AEL ilə anlaşıb. Limassol klubu hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb.Oçoa ötən mövsümü Portuqaliyanın AVS klubunda keçirib. Daha əvvəl isə yetirməsi olduğu “Amerika”da (Meksika), Avropada isə “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” və “Salernitana”da forma geyib. Onun Meksika yığmasının şərəfini 152 matçda qoruduğunu da bildirək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
1
icma.az

2Sources