EN

Polşa havadan müdafiə tədbirlərini gücləndirib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Polşa Rusiya dronlarından gələn təhdid fonunda qabaqlayıcı tədbirlər görüb.

APA xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında məlumat verib.

“Rusiya dronlarının Ukraynanın Polşa ilə sərhədə yaxın yerləri üzərində fəaliyyətindən yaranan təhdid səbəbindən, Polşa və müttəfiq qüvvələrin hava sahəmizdə qabaqlayıcı əməliyyatları başlayıb. Havadan müdafiə sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb”,-Polşanın Baş naziri xəbər verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyaya məxsus dronlar Polşa hava sahəsini pozmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
5
apa.az

6Sources