EN

Paytaxtda bu avtobusların hərəkət sxemi dəyişdirilir

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Publika.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişikliyə əsasən:

1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər" metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli" metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül" metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai" metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: "İçərişəhər" metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

Chosen
7
49
publika.az

10Sources