EN

“Instagram”da dələduzluq Vətəndaşların kartlarını ələ keçirdi

ain.az, Yenicag saytına istinadən bildirir.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

“Unikal”ın məlumatına görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa, tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olan linklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyə çağırırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
27
yenicag.az

10Sources