EN

Aİ Rusiya vətəndaşlarına qarşı viza siyasətini sərtləşdirir

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının (AK) nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ilin sonuna qədər Aİ ittifaqa daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni reqlamentlər dərc edəcək.

Avropa İttifaqının son məlumatlarına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət etmək üçün təxminən 542 min qısamüddətli viza verilib.

Bu, 2023-cü illə müqayisədə təxminən 20% çox, 2019-cu illə müqayisədə xeyli azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
4
yeniavaz.com

10Sources