EN

ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

ABŞ Ticarət Nazirliyi sentyabrın 16-dan etibarən Rusiya, Türkiyə, Hindistan, İran, Pakistan, Çin, Belarus, Sinqapur, Tayvan və BƏƏ-dən olan bir sıra şirkətlərə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə qurum rəsmi açıqlama yayıb.

Bildirilib ki, bu şirkətlərin fəaliyyəti ABŞ milli təhlükəsizliyi maraqlarına ziddir.

Qeyd olunub ki, sanksiyalara məruz qalan şirkətlər Rusiyanın hərbi-sənaye sektoruna məhsul tədarük edib və ABŞ-nin müvafiq icazəsi olmadan göndərişlər həyata keçiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
2
metbuat.az

4Sources