Rusiyada təhlükəli cinayətkar polis nəzarətindən yayına bilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediasıməlumat yayıb. Qeyd edilib ki, hadisə Ulyanovsk vilayətinin İnza şəhərində baş verib: "Pedofil-rsidivist polis nəzarətindən qaçıb. Polis cinayətkarın qaçması ilə bağlı məlumatı təsdiqləyib",- yerli saytlar yazıb.
REN TV-nin məlumatına görə, həmin şəxs 2000-ci illərdə iki yeniyetməni zorlayıb. 2025-ci ilin iyununda isə həbsdən çıxandan sonra elektron qolbaqını qopararaq polis nəzarətindən yayınıb.