EN

Husilərdən ŞOK AÇIQLAMA: Təl-Əvivi vurduq!

Yəməndə İranın dəstəklədiyi husilər çoxlu döyüş başlığı ilə təchiz edilmiş "Fələstin 2" tipli hipersəs raketi ilə İsrailin paytaxtı Təl-Əvivdə həssas bölgələri uğurla vurduqlarını açıqlayıblar .

Turkustan.az xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada, "İşğal altındakı Yaffa bölgəsindəki həssas hədəfləri hədəf alan çoxsaylı döyüş başlığı olan "Fələstin-2" hipersəs ballistik raketi ilə ixtisaslı əməliyyat aparılıb.

Əməliyyatın uğurlu keçdiyini deyən Seri, hücum səbəbiylə minlərlə israillinin sığınacaqlara girmək məcburiyyətində qaldığını vurğuladı.

Seri bu hücumun İsrail ordusunun Qəzza zolağında fələstinlilərə qarşı soyqırım və aclıq cinayətlərinə və Yəmənə qarşı hücumlarına cavab olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
17
1
turkustan.az

2Sources