EN

Pakistanda terror: 12 hərbiçi həlak oldu

Pakistanın şimal-qərbində "Təhriki Talibani Pakistan" (Pakistan Talibanı Hərəkatı) qruplaşması Cənubi Vəziristan bölgəsində hərbi konvoya pusqu quraraq hücum edib.

Sitat.info  xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər ağır silahlarlarla etdiyi hücum nəticəsində əsgərlərin azı 12-si həlak olub, 4-ü yaralanıb.

Qeyd edək ki, Pakistan Talibanı Hərakatı sözügedən hadisədən sonra hücumu öz üzərinə götürüb.

Chosen
10
1
sitat.info

2Sources