EN

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi


Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

Bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara xəbərdarlığında öz əksini tapıb.

BDYPİ bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur.

“Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər.

Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat və sağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şərait yaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkət iştirakçılarınl təhlükə qarşısında qoymuş olursunuz”, - deyə məlumatda qeyd edilib.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətli davranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Chosen
61
34
baki-xeber.com

10Sources