EN

Fransa donuz məsələsində Rusiyadan şübhələnir

Ötən günlərdə Fransanın paytaxtı Parisdə məscidlərin önünə donuz başları atılıb, Holokost abidəsinin üzərinə qırmızı boya ilə əl şəkilləri çəkilib.

News365.az CNN-ə istinadən xəbər verir ki, Fransa hakimiyyəti bunu xarici qüvvələrin, xüsusilə Rusiyanın Parisdə daxili gərginliyi qızışdırması ilə əlaqələndirir.

Fransa kəşfiyyatının mənbəsi telekanala bildirib ki, bu hərəkətlər Rusiyayönlü manevrdir. Mənbənin sözlərinə görə, bu cəhd kifayət qədər dəstək ala bilmədiyi üçün gözlənilən nəticəni verməyib. 

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tərəfdarıdır. Məhz bu səbəblərdən Rusiya dövlətinin nəzarətində olan media Fransa kimi Avropa ölkələrini anarxiya həddinə çatdırmaq istəyir.

Qeyd edək ki, son günlər Fransa və Rusiya arasında gərginlik yaşanır. Belə ki, Makron Rusiya dronlarının Polşa hava məkanına təkrarlanan qeyri-qanuni müdaxilələrinə cavab olaraq, üç “Rafale” qırıcısının həmin ölkəyə göndərilməsi haqda qərar verib.




Chosen
20
4
news365.az

5Sources