Sentyabrın 12-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 11 tüfəng, 2 patron darağı və 20 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.