Türkiyənin “Togg” yerli elektromilinin satışa yeni çıxarılan “T10F” modeli Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
Redaktor.az xəbər verir ki, “Togg” İdarə Heyətinin üzvləri avtomobili Ərdoğana nümayiş etdiriblər.
Ərdoğan avtomobili test üçün sürəndən sonra nəqliyyat vasitəsi barədə məlumat alıb.
Qeyd edək ki, bu, “Togg”un ilk sedan modelidir. Avtomobilinin ilkin sifarişlərinin qəbulu sentyabrın 15-də, Almaniyada isə sentyabrın 29-da başlayacaq.