EN

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək. 

News365.az xəbər verir ki, səfər zamanı A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabr 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək.

A.Paşazadənin həmçinin, sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxışı gözlənilir.

Qeyd edilib ki, nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu "Dinlərin dialoqu – gələcək naminə sinerji"dir.

Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür. 

Chosen
4
14
news365.az

10Sources