EN

Biz niyə kütləvi şəkildə saxtakarlığa meylliyik?



Biz niyə kütləvi şəkildə saxtakarlığa meylliyik, haqqımız olmayan diplomu, işi, vəzifəni rüşvət yoluyla almaq istəyirik?

Burada o sənədlərə, üstünlüklərə nail olmaq istəyənlərə rüşvət müqabilində diplom və vəzifə alanların məsuliyyəti var. Rüşvət alıb kiməsə saxta diplom verən adam bir dəfə 3-5 min manat alırsa, saxta diplomun yiyəsi bir ömür boyu dövlətdən maaş alır, üstəlik, cəmiyyətə qara qəpiklik faydası toxunmur, tabeciliyində olanları da özü kimi korazehin edir. Hamı belə silsiləvi, xroniki və əhatəli saxtakarlıqlardan bezgindir.

Sovet vaxtının saxta tələbə qəbulundan qurtulmuşduq, amma yenə də necə düzdülər, qoşdularsa, saxta diplom verən özəl universitetlər (el arasında onlara “kitayski məktəblər” deyirlər) ortaya çıxdı. Oradan saxta diplom alanlar kütləvi şəkildə dövlət strukturlarında iş, vəzifə yiyəsidirlər. Qoy rəhbər olmaq istəyənlər çox oxusunlar, yaxşı hazırlaşsınlar, savadlı olsunlar, öz başları ilə imtahan versinlər ki, sabah cəmiyyətə də bir faydası dəysin. Yoxsa bisavad mütəxəssislərdən heç kəsə fayda gəlməyəcək, özümüzü aldada-aldada gedəcəyik.

Əli İbrahimov, hüquqşünas
Chosen
14
1
newscenter.az

2Sources