EN

Azərbaycanda kolbasa istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 20 min 231,8 ton kolbasa məmulatı istehsal edilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 23,7 ton hazır kolbasa ehtiyatı mövcuddur ki, bu da əvvəlki ilə nisbətən 2,4 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda istehsal olunmuş qida məhsullarının ümumi dəyəri 3 milyard 408,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,8 % artım deməkdir.

Chosen
31
37
sia.az

10Sources