EN

Seyidbəyli sakini: "Bundan sonra kəndin adını daim yaşadacağıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xocalı rayonunun Seyidbəyli kəndinin sakini Rasim Ələkbərov türk yurdu olan kəndlərinə qayıtdığına çox sevindiyini və bundan sonra kəndin adını daim yaşadacaqlarını deyib.
Oxu.Az-ın "Report"a istinadən xəbərinə görə, Rasim Ələkbərov xatırladıb ki, ötən əsrin 90-cı illərində kənd təkcə işğala məruz qalmamışdı, onun adı da dəyişdirilmişdi və işğalçılar, ümumilikdə, tarixi izləri silməyə çalışmışdılar.
"Ermənilər təkcə torpağımızı deyil, həm də qədim yurd yerlərimizin adını belə işğal etmişdilər. Qarabağda, xüsusilə də Xocalıda olan yer adlarımız erməniləşdirilmişdi. Bizim kəndin də adını dəyişməyə cəhd etmişdilər. Çox şükürlər olsun ki, bu gün doğma ocağımıza, isti yuvamıza, elə yurdumuzun öz adı altında qayıdırıq. Kəndimiz qədim türk yurdudur. Bu gün çox sevindiricidir ki, öz yurdumuza qayıdaraq, kəndimizin adını daim yaşadacağıq".
Qeyd edək ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir kəndinə - Seyidbəyliyə əhalinin köç prosesi həyata keçirilir.
Chosen
39
1
oxu.az

2Sources