EN

Azərbaycanda keçirilən altı ölkənin xüsusi təyinatlılarının birgə təlimi davam edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkanı və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər.
Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.
Chosen
69
oxu.az

1Sources