EN

Böyük Qayıdış: Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

AzVision.az “AZƏRTAC”-a istinadən xəbər verir ki, sentyabrın 13-də Ağdamdan Xocalının Seyidbəyli kəndinə ilk köç yola salınıb. Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 9 ailə - 30 nəfər köçürülür.


Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.


Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


AzVision.az
Chosen
11
28
azvision.az

10Sources