EN

NATO bu ölkəyə qarşı əməliyyata başlayır

NATO Polşadakı dron insidentindən sonra “Şərq Növbətçisi” əməliyyatına başlayır.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Alyansın baş katibi Mark Rütte bildirib ki, məqsəd şərq cinahında müdafiəni gücləndirməkdir. Onun sözlərinə görə, əməliyyata Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrin resursları cəlb olunacaq. NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç qeyd edib ki, əməliyyat alyansın şimaldan Qara dənizə və Aralıq dənizinə qədər bütün şərq cinahını əhatə edəcək.Əməliyyat PUA-larla bağlı xüsusi tapşırıqları da nəzərdə tutur.Xatırladaq ki, sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu açıqlamışdı. Bunun ardınca Avropa ölkələri anti-Rusiya sanksiyalarının gücləndirilməsini tələb edib, Polşa isə NATO-dan Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salmağı xahiş edib.

Rusiya Müdafiə Nazirliyi iddiaları təkzib edərək bildirib ki, Polşa ərazisində obyektlərin vurulması nəzərdə tutulmayıb, hədəf Ukraynanın qərbi olub. Rusiyanın Polşadakı nümayəndəsi isə Polşanın sübut təqdim etmədiyini, ittihamların əsassız olduğunu vurğulayıb.

Chosen
36
49
metbuat.az

10Sources