BAKI, TurkicWorld, Nailə Babazadə
Rusiyanın şərqində yerləşən Kamçatka Yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzindən (USGS) verilən açıqlamaya görə, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində yerləşib.
Açıqlamada bildirilib ki, zəlzələ 39,5 kilometr dərinlikdə qeydə alınıb və onun gücü 7,4 bal təşkil edib.
Qeyd edək ki, 30 iyul tarixində bu bölgədə 8,8 bal gücündə zəlzələ baş vermişdi.
Zəlzələ nəticəsində insan tələfatı və ya maddi zərər barədə hələlik məlumat yoxdur.