EN

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərəkvətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllərməhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuatr xidmətindənməlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov“Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarınıöyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kartməlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitinioğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərvarsa bu barədə polisə müraciət edə bilərlər.

Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa,tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olanlinklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heçkimlə bölüşməməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.

Sosial
Chosen
33
29
az.trend.az

10Sources