EN

“Zəngəzur dəhlizi regional balansı Azərbaycanın xeyrinə dəyişəcək”

“Zəngəzur dəhlizinin açılması regional balansı Azərbaycanın xeyrinə, İranın ziyanına dəyişəcək”.

Tribuinainfo.az xəbər verir ki, bu sözlər İranda fəaliyyət göstərən “Şəms” Araşdırmalar Mərkəzinin hazırladığı məqalədəndir.

Mərkəz yazır ki, həmçinin, bu layihənin həyata keçirilməsi İranın geosiyasi və iqtisadi maraqları üçün bir sıra təhdidlər yaradır. “Bunlardan da ən mühümləri İran və Ermənistan arasında quru əlaqəsini kəsməklə sərhədlərin dəyişdirilməsi, Ermənistanın Qərb bloku ilə yaxınlaşma ehtimalının artması, Şimal-Cənub dəhlizində İranın nəqliyyat üstünlüklərinin azalması, Türkiyənin şimal regionunda NATO-nun mövcudluğunun gücləndirilməsi və İranın şimal bölgəsindəki mövcudluğunun gücləndirilməsidir”.

Məqalədə deyilir ki, maraqlı tərəflər arasında razılığın əldə olunması ən məntiqli ssenaridir. “Çünki heç bir tərəf geosiyasi baxımdan həssas regionda birbaşa qarşıdurmaya girmək və ya prosesləri yeni münaqişəyə daşımaq istəmir”.

Daha sonra qeyd edilir ki, hadisələr çıxılmaz vəziyyətin yaranmasına səbəb ola bilər. “Bu ssenari Azərbaycan və Ermənistan arasında münaqişənin həllində heç bir nəzərəçarpacaq irəliləyiş olmadan dalana dirənməyi nəzərdə tutur. Bu hərbi eskalasiyaya gətirib çıxara bilər”.

Mərkəz iddia edib ki, Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var. “Təbii ki, indiki qüvvələr nisbəti müəyyən qədər Azərbaycanın xeyrinədir. Bu ölkə hərbi üstünlüklə yanaşı, Türkiyənin birbaşa dəstəyinə və Qərb dövlətləri ilə strateji əlaqələrə malikdir. Lakin Azərbaycan bu variantı qəbul etməyə mane olan ciddi strateji maneələrlə üzləşir ki, bunlardan da ən mühümü İranın mümkün reaksiyasıdır”.

Fərda Uğur

 

Chosen
34
tribunainfo.az

1Sources