EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 256 Bakı şəhəri, 10 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 29 dekabr tarixli 280 nömrəli və “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə” 2023-cü il 17 iyun tarixli 197 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 325 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1165 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın 14-cü hissəsi üzrə:

1.1.1. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

“Həmin yükə regional bölmə tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi vasitəsilə hazırlanmış fitosanitar sertifikatı elektron və kağız formada verilir.”;

1.1.2. dördüncü cümlədə “gömrük orqanlarına göstərməlidir və” sözləri “əsasında gömrük orqanları tərəfindən” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı”na aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Qeyd edilən sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər (məlumatlar) ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 197 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 859 (Cild I); 2024, № 3, maddə 329) ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın 1.5-ci bəndinə “Qaydaları”na” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 325 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”yə” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
12
xalqqazeti.az

1Sources