Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, mövsümün start fitini FİFA referiləri səsləndirəcəklər. Söhbət “Baku Fire” – “Araz-Naxçıvan” matçından gedir.
Qeyd edək ki, ilk turun bütün görüşləri “Olimpik Star”da keçiriləcək.
Yüksək Liqa
1-ci tur
18 sentyabr
Baku Fire – Araz-Naxçıvan
Hakimlər: knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Neftçi İK – Lənkəran
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov
Hakim-inspektor: Ramiz Əsədov
Bakı. “Olimpik Star”. Saat 15:00.
U-19 – Şuşa
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.