EN

Suriyanın keçid dövrü prezidenti: İranla əlaqələrin qırılması qalıcı olmamalıdır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa "Əl-Ərəbiyyə" kanalına müsahibəsində İran-Suriya münasibətlərinin son vəziyyətindən danışıb.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Əhməd əş-Şaraa Dəməşq və Tehran arasında münasibətlərin normallaşmasının mümkün olduğunu bildirib.

"İrana münasibətdə Tehranla Dəməşqin əlaqələri bir qədər pboblemlidir və biz demirik ki, bizimlə iranlılar arasında münasibətlərin qırılması daimidir. Biz elə bir mərhələyə çatacağıq ki, Suriyadakı vəziyyətə hörmətlə yanaşılsın, onun daxili işlərinə qarışılmasın, məzhəb təfriqəsi və digər fitnələr qızışmasın", - deyə Əhməd əş-Şaraa vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
oxu.az

2Sources