EN

Saatlıda təmir olunan məktəb istifadəyə VERİLİB

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi infrastruktur layihələri çərçivəsində Saatlı rayonunun Qara Nuru kənd tam orta məktəbi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, hər il təhsil müəssisələrinin yenilənməsi növbəlilik və prioritetlik prinsipləri əsasında həyata keçirilir. Məqsəd şagirdlər və müəllimlər üçün daha müasir, əlverişli və funksional təhsil mühiti yaratmaqdır.

Qeyd edək ki, son illər ölkə üzrə onlarla məktəb binası əsaslı şəkildə təmir edilib və ya yenidən tikilərək istifadəyə verilib. Bu layihələr təhsilin keyfiyyətinə və əlçatanlığına müsbət təsir göstərməklə yanaşı, regionlarda sosial rifahın yüksəlməsinə də töhfə verir.

Chosen
22
azedu.az

1Sources