EN

Azərbaycanda maye qazların istehsalı 14%-ə yaxın artıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 150,9 min ton maye qazlar istehsal edilib.

Bu barədə TurkicWorldDövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 min ton və ya 13,9% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 132,5 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.

Chosen
12
37
turkic.world

10Sources