EN

Rusiyada sunami təhlükəsi elan edilib

Kamçatkada 6,3 bal gücündə baş verən zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Bu barədə vilayət qubernatoru Vladimir Solodov Teleqram kanalında məlumat yayıb.

Təkanlar regional paytaxtda 4–6 bal gücündə hiss edilib. Xüsusilə Xalaktırski çimərliyi və sahilyanı ərazilərə səfərdə ehtiyatlı olmaq tövsiyə olunub.

Regional Fövqəladə Hallar Nazirliyi isə əlavə edib ki, hündürlüyü 120 sm-dən çox olmayan sunami dalğasının Mayaçnı burnu və Xalaktırski çimərliyi istiqamətində yaxınlaşacağı gözlənilir.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə qeydə alınıb.
Chosen
64
3
7news.az

10Sources