ain.az, Adelet.az saytına istinadən bildirir.
Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.
Adalet.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
"Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib", – o deyib.
Sariyanın sözlərinə görə, hücumun məqsədi Fələstin xalqına dəstək olub.
"Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.