Kamçatkada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.
Qeyd edək ki, son aylarda Kamçatkada tez-tez güclü zəlzələlər olur.