EN

Bu şəxslərə 30 qramdan artıq pendir yemək olmaz Açıqlama

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər yaşlı insanlara pendir istifadəsində ehtiyatlı olmağı tövsiyə edir.

Milli.Az xəbər verir ki, qida eksperti Yelena Sidorovanın sözlərinə görə ürək-damar xəstəlikləri, xüsusən hipertoniya və aterosklerozu olan şəxslər üçün gündəlik pendir norması 20-30 qramdır.

Sağlam yaşlılar isə maksimum 50 qram pendir yeyə bilərlər. Sidorova bildirib ki, parmezan kimi yağlı və sərt növlərdən imtina etmək, əvəzində kalsiumla zəngin, az yağlı növlərə məsələn, rikotta, dietik brınza və ya fetaya üstünlük vermək daha faydalıdır.

Ekspert həmçinin vurğulayıb ki, ağır hipertoniya və ya böyrək çatışmazlığı zamanı hətta az yağlı pendirlər də zərərli ola bilər. Ona görə də düzgün qidalanma qaydaları ilə bağlı mütləq həkim və ya dietoloqla məsləhətləşilməlidir.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
2
news.milli.az

3Sources