EN

Toydan qayıdarkən qəzaya düşmüşdü - Bu gün öldü

Üç gün əvvəl baş verən qəzada xəsarət alan şəxs dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, ölüm faktı bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, Salahlı kəndində keçirilən toy məclisindən qayıdarkən Hüruuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən "İnfinti" markalı avtomobilin ağır xəsarətlər alan sərnişini 1979-cu il təvəllüdlü Salahlı kənd sakini Xalid Ələkbərov reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı yaralanan digər 3 nəfərdən ikisi cərrahiyyə şöbəsinə yerləşdirilmiş, bir nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılmışdı.

Faktla bağlı araşdlrma aparılır.

Ehtiram Muradov

Chosen
48
2
unikal.az

10Sources