Misli Premyer Liqasında 4-cü turun qarşılaşmaları davam edir.
Offsideplus.az xəbər verir ki, ilk 3 turda 2 qələbə qazanan "Turan Tovuz" "Azərsun Arena"da "Qəbələ"ni qəbul edəcək.
Tovuz təmsilçisi 6 xalla 4-cü yerdədir, "qırmızı-qaralar"ın isə 1 xalı var və 11-ci yeri tuturlar.
Misli Premyer Liqası, 4-cü tur
13 sentyabr (şənbə)
19:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Azersun Arena”