EN

Tikintisi ağlasığmaz olan Venesiya şəhəri niyə yoxa çıxır? - Duz sayəsində qurulan imperiya

Baku TV Adriatik dənizinin ən gözəl şəhəri hesab edilən, yolları olmayan və 100-dən çox kiçik adada yerləşən Venesiya haqqında araşdırmanı təqdim edir.

Venesiyanın tarixi eramızın 5-ci əsrinə gedib çıxır. Roma İmperiyasına barbar hücumları zamanı yerli əhali materikdən 6 kilometr aralıdakı bataqlıq adalara köçərək şəhərin əsasını qoydu. İlk illərdə duz ticarəti Venesiyaya böyük gəlir gətirir və şəhərin inkişafına təkan verirdi.

Mühəndislər çətin şəraitdə taxta dirəklər üzərində binalar inşa etməklə unikallıq göstərdilər. Suda çürüməyən palıd və qara şam ağaclarından istifadə edilirdi. San Zakkaria kilsəsinin özülündə minlərlə dirəyin olması Venesiyanın milyonlarla dirək üzərində qurulduğunu göstərir. Şəhərdə içməli su problemi yağış sularının xüsusi quyularda toplanması ilə həll edilirdi.

Orta əsrlərdə burada 6000-dən çox belə quyu var idi. Kanalizasiya sistemi isə 16-cı əsrdə yaradıldı və tullantılar tunellər vasitəsilə kanallara axıdılırdı. Venesiyadakı kanalların ən dərini Qrand kanalıdır. Burada bəzi yerlərdə suyun dərinliyi 6 metrə çatır. Hər il kanallar təmizlənir, qədim malikanələrin özülləri bərkidilir və restavrasiya edilir.

Bu zaman suyu çəkirlər. Dərinliyi 2,5-3 metrə çatan kanallardan indiyə qədər qədim əşyalar tapılır. Bu gün Venesiya daşqınlar və çökmə təhlükəsi ilə üzləşsə də, qədim memarlığı, karnavalları və unikal quruluşu ilə "suyun üzərində muzey" kimi yaşayır.

Ətraflı süjetdə:

Chosen
44
2
far.az

3Sources