EN

Ətin qiyməti 20 manatı KEÇƏCƏK - “Ot yoxdur, yem yoxdur...”

“Kənd təsərrüfatı, o cümlədən heyvandarlıq çox mürəkkəb bir sahədir. Kənd Təsərrüfatı Nazirliyində çalışan nazir və müavinlərinin heç biri nə bitkiçilik, nə də heyvandarlıq üzrə mütəxəssis deyil. Orada politoloq, iqtisadçı, hüquqşünaslar işləyir. Milli Məclisdə Aqrar Siyasət komitəsinin sədri isə ədəbiyyat müəllimidir. Belə olan halda kim ət istehsalını düzgün təşkil edə bilər?”.

Bu sözləri Yenisabah.az-a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, başlıca problem isə yem bazasının zəifliyidir: Sezar pizza

“Azərbaycanda ətin qiymətinin yüksək olmasının səbəbi heyvandarlıq sahəsinin başlı-başına buraxılması ilə bağlıdır. Burada bir sıra işlərin görülməsi vacibdir. Xüsusən də ət tələbatını ödəmək üçün cins heyvanlar yetişdirilməlidir. Ən başlıca problem isə yem bazasının zəifliyidir. Azərbaycanda ət yalnız o zaman bol olacaq ki, ot istehsalı kifayət qədər çox olsun. Ot yoxdursa, ət də olmayacaq. Bunu hər kəs bilməlidir. Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, istehsalda artım göstərsin. Lakin bu artım da əsasən ölkəyə idxal olunan diri heyvanların əti hesabına təmin edilir. Hazırda ölkəyə kəsim üçün gətirilən diri heyvanların sayında 2,1 faiz artım var. Bu da təbii olaraq qiymətlərə təsir edir. Əhalinin alıcılıq qabiliyyəti aşağı olan bir ölkədə ətin qiymətinin artması onu göstərir ki, istehsal azalır”.

Vahid Məhərrəmov qeyd edib ki, yem istehsalı tələbatdan xeyli azdır:

“Qiymətləri müqayisə etsək görərik ki, bu gün Qazaxıstanda ətin qiyməti bizim pulla 8 manat 30 qəpikdir. Azərbaycanda isə 17 manatdan yuxarıdır. Necə olur ki, Qazaxıstanda ət ucuz başa gəlir, Azərbaycanda isə baha? Halbuki bizim torpaq-iqlim şəraitimiz daha münbitdir. Hökumət bu barədə ciddi düşünməlidir. Çünki ölkədə qüvvəli yem, ot istehsalı qaydasında deyil. Örüş sahələri imkanlı şəxslərə, məmurlara satılıb. Onlar da həmin ərazilərdə istirahət zonaları yaradıblar və nəticədə örüş və təbii biçənək əraziləri azalib. Bu isə ümumi istehsala mənfi təsir göstərir. Təsəvvür edin, xarici ölkələrdə iri buynuzlu heyvanlardan gündəlik 1 kiloqramdan artıq çəki artımı əldə olunur. Azərbaycanda isə bu göstərici cəmi 400 qramdır. Buna görə də ətin maya dəyəri baha başa gəlir. Çünki yem də bahadır. Yem istehsalı tələbatdan xeyli azdır. Hazırda qüvvəli yem istehsalı tələbatdan 15 dəfə azdır. Ot istehsalı isə tələbatdan 2,5 dəfə aşağıdır. Digər yem növlərində isə vəziyyət daha acınacaqlıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda ətin bahalaşmasının əsas səbəbi heyvandarlıq sahəsinin başlı-başına buraxılmasıdır:

Kənd təsərrüfatı, o cümlədən heyvandarlıq çox mürəkkəb bir sahədir. Kənd Təsərrüfatı Nazirliyində çalışan nazir və müavinlərinin heç biri nə bitkiçilik, nə də heyvandarlıq üzrə mütəxəssis deyil. Orada politoloq, iqtisadçı, hüquqşünaslar işləyir. Milli Məclisdə Aqrar Siyasət komitəsinin sədri isə ədəbiyyat müəllimidir. Belə olan halda kim ət istehsalını düzgün təşkil edə bilər? Sahəni inkişaf etdirmək hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifədir. Lakin hökumətdə peşəkar kadrlar yoxdur, onları yetişdirməyiblər. Ona görə də ətin qiyməti artmaqda davam edəcək. Yay aylarında vəziyyət nisbətən stabil idi, amma qış aylarında ümumi qiymətin 20 manatı keçəcəyi gözlənilir. Digər ölkələr də artıq iri buynuzlu heyvanların ixracına qadağa qoyublar. Qazaxıstan, Qırğızıstan, Özbəkistan belə qadağalar tətbiq edib. Bu proses getdikcə daha da güclənəcək. Hazırkı vəziyyətdə biz əhalini il ərzində adambaşına 78 kiloqram ətlə təmin etməliyik. Lakin bu gün faktiki göstərici 35 kiloqramdır. Yalnız ot və yem istehsalını artırmaqla bu balanssızlığı aradan qaldırmaq olar. Bunun üçün isə peşəkarlıq və düzgün təşkilatlanma vacibdir. Əks halda ölkə daha da ağır vəziyyətlə üz-üzə qalacaq”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
34
4
yenisabah.az

5Sources