EN

Təyyarə təcili eniş edib, xəsarət alanlar var

Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan United Airlines-a məxsus təyyarə Yaponiyanın Kansai hava limanında məcburi eniş edib.

Avtosfer.az NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər yüngül xəsarət alıb.

Belə ki, təyyarə 10 000 m yüksəklikdə, Vakayama prefekturasının sahilindən 200 km aralıda olub və yük anbarında mümkün yanğın xəbərdarlığı siqnalı işə düşüb.

Ekipaj Kansai hava limanına təcili eniş etmək qərarına gəlib. Enişdən sonra sərnişinlər şişmə traplar vasitəsilə təxliyə edilib.

Nəticədə 5 nəfər yüngül bədən xəsarətləri alıb. Yanğın isə qeydə alınmayıb. Uçuş-enmə zolaqları bir neçə saat bağlanıb, lakin sonra hava limanı tam fəaliyyətini bərpa edib.

Chosen
44
4
avtosfer.az

5Sources