EN

Fransanın reytinqi endirildi: İqtisadiyyatda böhran gözləntiləri artıb

Fitch Ratings Beynəlxalq reytinq agentliyi Fransanın xarici valyutada uzunmüddətli defolt reytinqini stabil proqnozla "AA-"-dan "A+"-a endirib.

Musavat.com agentliyin saytında dərc olunan məlumata istinadən xəbər verir ki, "Fitch" reytinqin aşağı salınmasının əsas amilləri kimi yüksək və artan dövlət borcunun nisbətini, siyasi parçalanmanı və artan müdafiə xərcləri ilə əlaqədar ölkənin büdcə kəsirinin əlverişsiz proqnozunu göstərib.

Qeyd edək ki, sentyabrın 8-də Fransanın baş naziri Fransua Bayru Milli Assambleya onun hökumətinə etimad üçün səs verməzdən əvvəl ölkə iqtisadiyyatında ilk növbədə dövlət borcunun sürətli artımı ilə bağlı yaranmış böhrana işarə edib. Müxalifət nümayəndələri bildiriblər ki, indiki vəziyyətə ardıcıl hökumətlərin, eləcə də prezident Emmanuel Makronun siyasəti gətirib çıxarıb. Deputatların əksəriyyəti son nəticədə hökumətə etimadın əleyhinə səs verdi; sentyabrın 9-da silahlı qüvvələr naziri Sebastien Lekornu Fransanın yeni baş naziri təyin edilib.

Musavat.com

Chosen
17
2
musavat.com

8Sources