EN

Polşa qaçqınlar üçün müavinətin verilməsi qaydalarıni dəyişir

BAKI, 13 sentyabr. TELEQRAF

Polşada “800+” proqramı üzrə ödənişlərin alınması qaçqınların işlə təmin olunmasından və onların uşaqlarının Polşa məktəblərində təhsil almasından asılı olacaq.

Teleqraf xəbər verir ki, istisnalar, əsasən, əlilliyi olan insanlar üçün ediləcək.

Polşanın Mətbuat Agentliyinin məlumatına görə, artıq əcnəbilər üçün “800+” sosial dəstək proqramı birbaşa əmək məşğulluğu və uşaqların Polşa məktəblərində təhsil ilə əlaqələndiriləcək. Əgər şəxs konkret ayda işləməyibsə, ödəniş avtomatik olaraq dayandırılacaq.

Qeyd edək ki ki, “800+” proqramı - 18 yaşadək uşaqları olan ailələrə 800 zlot (375 AZN) məbləğində aylıq uşaq müavinətinin verilməsini nəzərdə tutur.

Chosen
33
teleqraf.com

1Sources