EN

KİV: “Mossad” Doha əməliyyatında iştirakdan imtina edib

BAKI, 13 sentyabr. TELEQRAF

İsrailin kəşfiyyat xidməti “Mossad” Qətərlə münasibətlərin pozulması ehtimalını əsas gətirərək Dohada Fələstinin HƏMAS hərəkatının liderlərinin aradan qaldırılması planında iştirakdan imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti İsrail mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Mossad” bir neçə həftə ərzində Dohada HƏMAS nümayəndələrinin məhv edilməsi üçün gizli xidmət agentlərindən istifadə planını hazırlayıb. Lakin “Mossad”ın rəhbəri David Barnea bu addımın Qətər tərəfi ilə münasibətləri pozacağını əsas gətirərək planın həyata keçirilməsinə qarşı çıxıb.

Nəticədə, İsrail Müdafiə Qüvvələri (SAXAL) əməliyyatda “Mossad”ın yerli agentlərindən istifadə etməyib ki, bu da əməliyyatın uğurlu icrasına təsir göstərib.

Qeyd olunur ki, “Mossad”ın planı yerinə yetirməkdən imtina etməsi İsrail təhlükəsizlik orqanları arasında ziddiyyətlərin olmasından xəbər verir.

Chosen
24
teleqraf.com

1Sources