EN

Çin ABŞ və Britaniya donanmalarının hərəkətlərini təxribat adlandırıb

Bakı. Trend:

Çin ABŞ və Böyük Britaniya donanmalarının Tayvan boğazındatəxribat xarakterli hərəkətlər etdiyini qeydə alıb.

Trend-inməlumatına görə, bunu Çin Xalq Azadlıq Ordusunun (AXO) şərq bölgəsiüzrə döyüş komandanlığının rəsmi nümayəndəsi polkovnik Şi İdeyib.

O qeyd edib ki, cümə günü Amerikanın USS Higgins esminesi vəBritaniyanın HMS Richmond freqatı həmin sulardan keçib və bu,narahatlıq yaradan hərəkətlər hesab olunur.

Polkovnik əlavə edib ki, şərq bölgəsi üzrə döyüş komandanlığıgəmilərin hərəkətini izləmək üçün dəniz və hava qüvvələrinisəfərbər edib və vəziyyətə effektiv cavab verilib.

Şi İ vurğulayıb: “ABŞ və Böyük Britaniya bu cür hərəkətlərləTaypeydəki separatçı qüvvələrə səhv siqnallar göndərir və Tayvanboğazında sülh və sabitliyi pozur.”

Chosen
29
az.trend.az

1Sources