Türkiyənin tanınmış aktyoru Ahmet Mümtaz Taylan may ayında başladığı pəhriz proqramı sayəsində cəmi 4 ayda 18 kilo arıqlayıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, fit görünüşü ilə diqqət çəkən sənətkar hazırda da formasını qorumaq üçün pəhrizinə davam edir.
Yay tətilini evində keçirən aktyor bununla bağlı fikirlərini belə ifadə edib:
"Həyatımın ən gözəl tətillərindən birini keçirdim. Artıq bir aydır evdəyəm və çox gözəl istirahət etdim. Evdə qalaraq həm özümə, həm də qızıma vaxt ayıra bildim. Hər şey istədiyim kimi oldu".