EN

Kurskda azərbaycanlı icma rəhbəri qubernatora kitab təqdim etdi

Musavat.com xəbər verir ki, Kursk şəhərində fəaliyyət göstərən “Azərbaycanlıların Yerli Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının rəhbəri Qasım Kərimov Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynə “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” adlı kitabı təqdim edib.

Kitab Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakına həsr olunub. Müəllif qeyd edir ki, sovet xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıq SSRİ xalqlarının dostluğunun və yüksək vətənpərvərliyin parlaq nümunəsinə çevrilib. 

 

Musavat.com

2ac37074-d22e-4600-8703-54a862bb1a07.jpeg

Chosen
22
musavat.com

1Sources